İngiltərənin "Arsenal" klubu Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanı yay transfer dövründə satmağa hazırdır.

Offsideplus.az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, "topçular"ın rəhbərliyi 30 yaşlı yarımmüdafiəçinin Premyer Liqada özünün pik formasına çıxa bilməyəcəyini düşünür.

Mxitaryan "Arsenal"a 2018-ci ilin yanvarında "Mançester Yunayted"də 34 milyon avroya keçib. Cari mövsümdə o, 39 oyuna 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Erməni futbolçunun "Arsenal"la 2021-ci ilin yayınadək müqaviləsi var. O, "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməməyə qərar verib.