Avropa Liqası və Çempionlar Liqasının final oyunlarından sonra iki komandanın baş məşqçisi yerlərini dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, "Çelsi" Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında "Arsenal"a qalib gəlsə belə, rəhbərlik Sarrini saxlamaqda maraqlı deyil. "Tottenhem"də isə Poçettino Çempionlar Liqasının finalında "Liverpul"u məğlub etsələr də, komandadan ayrılmaq ehtimalının olduğunu gizlətməyib.

Maraqlıdı ki, bu iki adaş yerlərini dəyişə bilər. Çünki Sarri "Tottenhem"in, Poçettino isə "Çelsi"nin maraq dairəsindədi.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da, Çempionlar Liqasının həlledici oyunu isə iyunun 1-də keçiriləcək.