İngiltərə Premyer Liqasında 2018-2019-cu il mövsümünün ən yaxşı baş məşqçisi müəyyən olub.

Offsideplus.az xəbər verir ki, rəqiblərini qabaqlayan "Mançester Siti" klubunun ispaniyalı çalışdırıcısı Pep Qvardiola bu uğura imza atıb. Qvardioladan başqa, bu mükafat uğrunda Yurgen Klop (Liverpul), Unai Emeri (Arsenal) və Nuno Espirito Santos(Vulverhempton) mübarizə aparırdı. Ardıcıl ikinci dəfə İngiltərədə ən yaxşı baş məşqçi adına layiq görülən 48 yaşlı mütəxəssis Aleks Ferqüson (Mançester Yunyted) və Joze Mourinyo (Çelsi) ilə birlikdə bunu bacaran 3-cü şəxs olub. 

Qeyd edək ki, Pep Qvardiola İngiltərə liqa kubokunu da qazansa, ölkə daxili bütün turnirlərdə çempion olmuş ilk baş məşqçi kimi adını İngiltərə tarixinə yazdırmış olacaq.