İngiltərə Premyer Liqasının yayım hüququ 2019-2022-ci illər üçün 4 milyard 740 milyon avroya satılıb.
Offsideplus.az xəbər verir ki, bu anlaşmaya əsasən, liqanın illik yayım gəliri 1 milyard 580 milyon avro olacaq.
Premyer Liqa bu göstəricidə digər 4 "böyük beşlik" liqalarının cəmindən daha çox qazanacaq. Belə ki, La Liqa (İspaniya), A Seriyası (İtaliya), Bundesliqa (Almaniya) və Liqa 1-in (Fransa) birlikdə illik yayım gəliri 1 milyard 381 milyon avrodur.
 
La Liqanın illik yayım gəliri - 690 milyon avro
A Seriyasının illik yayım gəliri - 371 milyon avro
Bundesliqanın illik yayım gəliri - 240 milyon avro
Liqa 1-in illik yayım gəliri - 80 milyon avro