İngiltərə Premyer Liqasında 27-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, “Mançester Yunayted” “Nyukasl” səfərində gözlənilməz məğlubiyyət alıb.

65-ci dəqiqədə Met Ritçi “Nyukasl”a qələbə qazandıran qola imza atıb.

Bu qələbə sayəsində “Nyukasl” 2 sıra irəliləyib və 13-cü pilləyə yüksəlib. “Mançester Yunayted” isə lider “Mançester Siti”dən 16 xal geri düşüb.