İngiltərə Premyer Liqasının son turunda “Sauthempton”un “Kardiff Siti”ni qəbul etdiyi  oyunda iki azarkeş həbs olunub.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Kardiff Siti”nin 2:1 hesabı ilə qalib gəldiyi oyunda, komandanın mərhum futbolçusu Emiliano Salanın ölümü ilə zarafat edən iki “Sauthempton” azarkeşi həbs olunub. Belə ki, təyyarə qazasında dünyasını dəyişən argentinalı futbolçunun ölümünü lağa qoyan azarkeşlər, əlləri ilə təyyarə hərəkəti göstəriblər.

Klubdan verilən rəsmi açıqlamada, “Bu cür davranışların tribunalarımızda yeri yoxdur. Polislə birlikdə işlədik. Bundan sonra bu cür məsələlərdə daha sərt davranış sərgilənəcək” sözləri yer alıb.