“Mançester Siti”nin ulduz futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında rekorda şərik olub. 

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu 26-cı turda hazırda “Çelsi” ilə keçirilən görüşdə 3 qol vuraraq Premyer Liqadakı het-trik sayını 11-ə çatdırıb. Bununla da o, Alan Şirerə məxsus rekordu təkrarlayıb. 

 Qeyd edək ki, bu, Aqueronun cari mövsüm 3-cü het-trikidir.