"Mançester Yunayted" klubu heyətinə yeni futbolçu cəlb edə bilər. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Fulhem"in yarımmüdafiəçisi Rayan Sesenyonla maraqlanır. Mançester təmsilçisinin 18 yaşlı futbolçu üçün qarşı tərəfə 57 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Sesenyonun "Fulhem"lə 2020-ci ilin yayına qədər müqaviləsi var.