İngiltərənin “Tottenhem” klubu başa çatan “transfer pəncərəsi”ndə heç bir futbolçunu heyətinə qatmayıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçilər Musa Dembele və Jorj-Kevin Nkudu ilə yollarını ayıran London klubu əvəzində yeni oyunçuya ehtiyac duymayıb.

Paytaxt təmsilçisi ardıcıl ikinci transfer dövrünü boşa verir. “Tottenhem” 2018-ci ilin yayında, mövsüm öncəsi də heç bir futbolçu almamışdı.

Bununla da London klubu Premyer Liqa tarixində ilk müəllifi olub. İndiyədək heç bir klub ardıcıl iki “transfer pəncərəsi”ni oyunçu almadan keçirməmişdi.

Qeyd edək ki, Maurisio Poçettinonun komandası 24 turdan sonra Premyer Liqada 3-cü pillədə qərarlaşıb. Londonlular lider “Liverpul”dan 7 xal geri qalır.