Cari mövsümün sonunda “Arsenal”la müqaviləsi bitəcək və komandadan ayrılacağı gözlənilən Aaron Remzinin yeni klubu bəlli olub.

Offsideplus.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, uelsli futbolçu “Yuventus” klubuyla razılığa gəlib. Turin təmsilçisinin bu transferi yaxın günlərdə açıqlayacağı gözlənilir. Remzi “Yuventus”la 5 illik müqavilə imzalayacaq.

28 yaşlı futbolçu “qoca sinyora”da illik 7,5 milyon avro məvacib qazanacaq.

2008-ci ildən “Arsenal”da forma geyinən Remzi, cari mövsümdə 25 qarşılaşmada iştirak edərək, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.