İngiltərə kubokunda 1/32 final mərhələsinin daha bir oyunu keçirilib. Offsideplus.az xəbər verir ki, bu dəfə Premyer Liqa təmsilçiləri üz-üzə gəlib. “Liverpul” səfərdə “Vulverhempton”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Yurgen Kloppun çalışdırdığı Premyer Liqanın lideri gözlənilmədən kubokla vidalaşıb.