“Liverpul” ciddi itkiylə üzləşib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda səfərdə “Bernli”yə qarşı keçirilən matçda (3:1) Mersesayd təmsilçisinin müdafiəçisi Co Qomes zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Matçın 23-cü dəqiqəsində Aleksandr Arnoldla əvəzlənən Qomesin sağlıq vəziyyəti tibbi müayinələrdən sonra bilinəcək. 21 yaşlı futbolçunun zədəsinin ciddi olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.