"Arsenal" bu mövsüm məğlubiyyətsiz oyunlar seriyasını 20-yə yüksəldib.

Offsideplus.az xəbər verir ki, London klubu son olaraq İngiltərə  Premyer Liqasının 14-cü turunda səfərdə "Mançester  Yunayted"lə bərabərə qalıb- 2:2. Unay Emerinin komandası bütün turnirlərdə keçirdiyi son 20 oyunda 15 qələbə qazanıb, 5 heç-heçə edib.

 Qeyd edək ki, "Arsenal" ölkə çempionatında 31 xalla turnir cədvəlnin 5-ci pilləsində qərarlaşıb. Komanda Avroliqanın E qrupunda 13 xalla liderdir.