Premyer Liqa təmsilçisi "Nyukasl"da rəhbər dəyişikliyi baş verə bilər.

Offsideplus.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, "sağsağanlar"ın səhmlərinin yaxın vaxtlarda satılması gözlənilir.

Klubun artıq 3 müştərisi var ki, bunlardan biri də Türkiyə şirkətidir. Adı açıqlanmasa da, həmin şirkətin "Nyukasl"ı almaq üçün hərəkətə keçdiyi bildirilib. Tərəflər arasında hətta ilkin danışıq da olub.
Xatırladaq ki, "Nyukasl" 14 turdan sonra Premyer Liqada 14-cü pillədə qərarlaşıb.