“Sauthempton” klubunun yeni baş məşqçisi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Mark Hyuzu istefaya göndərən klub rəhbərliyi bu vəzifəyə avstriyalı çalışdırıcı Ralf Hazenhyuttlı gətirib. 51 yaşlı mütəxəsislə 2 il yarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, Ralf Hazenhyuttl son olaraq ötən il Almaniyanın “Leypsiq” klubunu çalışdırıb.