"Arsenal" "Borussiya"dan Yulian Vayqlı transfer siyahısına daxil edib.

 Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçunun keçidi qışda həll oluna bilər. Lakin "Borussiya" Vayqlı satmaq fikrində deyil. Klub müdafiə xəttinin zəifləyəcəyindən çəkinir. London klubu "Lill"dən Nikolya Pepeni də hədəfləyib. Pepe, zədə səbəbindən mösümün sonunadək kənarda qalan Denni Uelbekin yerini tuta bilər. 23 yaşlı ivuarlının transferi yanvar ayında nəzərdə tutulur. Pepenin satış qiyməti 30 milyon avrodur. Bu mövsüm Fransa çempionatında 13 matçda meydana çıxıb. 8 qol vurub,7 məhsuldar ötürmə edib.