Portuqaliya millisinin keçmiş üzvü Tyaqo Mendeş baş məşqçiliyə başlayıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı sabiq yarımmüdafiəçi “Vitoriya” komandasına rəhbərlik edəcək. Mendeşlə 2 illik müqavilə imzalanıb.
Mendeş futbolçu karyerasında “Çelsi”, “Atletiko”, “Yuventus”, “Lion” kimi klublarda çıxış edib. 

O, 2017-2018 mövsümündə Madrid "Atletiko"sunda köməkçi məşqçi kimi çalışıb.