Portuqaliya yığmasının keçmiş futbolçusu Tyaqo Mendeş baş məşqçiliyə başlayıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı sabiq yarımmüdafiəçi “Vitoriya” komandasını çalışdıracaq. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mendeş futbolçu karyerasında “Çelsi”, “Atletiko”, “Yuventus”, “Lion” kimi klublarda çıxış edib.