Bir müddət əvvəl “Benfika”da baş məşqçi postundan göndərilən Rui Vitoriyanın yeni iş yeri məlum olub.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”in “sükanı arxasına” gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Vitoriya ilə 2020-ci ilin yayına kimi müqavilə imzalanıb.

Rui Vitoriya “Əl Nəsr”də illik 7,5 milyon avro məvacib alacaq.

48 yaşlı mütəxəssis "Benfika"nın cari mövsümdə uğursuz çıxışından sonra, yanvarın 3-də baş məşqçi postundan göndərilmişdi.