“Ayaks” Niderland çempionatının 6-cı turunda “Venlo” üzərində tarixi qələbə qazanıb.


Offsideplus.az xəbər verir ki, Erik Ten Haqın komandası səfərdə rəqib qapısından 13 cavabsız top keçirib. Lassina Traore görüşdə penta-trik edib.

 

 Bu, “Ayaks”ın Erediviziyada ən böyükhesablı qələbəsidir. Bunadək rekord 1971/72 mövsümündə qeydə alınıb. Həmin vaxt Amsterdam klubu “Vitess”i 12:1 hesabı ilə məğlub edib.