"Barselona”nın argentinalı ulduz futbolçusu Lionel Messi ilə atası Xorxenin adı növbəti dəfə qalmaqalda hallanıb. 

Offsideplus.az xəbər verir ki, onlar bu dəfə "çirkli pulların yuyulmasında” günahlandırılır.

İddialara görə, argentinalı prokuror Pablo Turano 31 yaşlı futbolçuya məxsus "Leo Messi” xeyriyyə fondunun fəaliyyətinin yoxlanılmasını tələb edib. Onun iddiasına görə, fonda daxil olan ianəələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb.

Qeyd edək ki, Lionel Messi ilə atası bir müddət əvvəl vergidən yayındıqları üçün məsuliyyətə cəlb edilmişdilər.