Barcelona-nın 2018-ci ili üçün Baş Məclisinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, toplantı Kataloniya klubunun basketbol komandasının oyunlarını keçirdiyi Palau Blauqrana İdman Salonunda baş tutu. İclasda çıxış edən klubun texniki direktoru Erik Abidal komandadan ayrılan futbolçular - Andres İnyesta, Yerri Mina, Lukas Digne, Andre Qomes, Pako Alkaser və Arda Turanla bağlı danışıb.
Abidal İnyesta ilə bağlı danışarkən zaldan alqış səsləri yüksəlib. Lakin Arda Turanla bağlı çıxış zamanı çox sayda klub üzvünün fit səsləri eşidilib: "O, Atletico-dan Barcelona-ya gəldi. İstedadlı futbolçudur, amma Barcelona-nın oyun sisteminə uyğunlaşa bilmədi. Özü və klub Türkiyəyə icarəyə verilməsinə qərar verdi".