"Atletiko Madrid" futbolçusu Manu Sançesi "Osasuna"ya icarəyə göndərib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi "Osasuna" ilə müqavilə  imzalayıb. Sançes mövsümün sonundadək icarədə qalacaq.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Sançesin Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayınadək davam edir.