"Real"ın paltar dəyişmə otağındakı bir çox futbolçular Serxio Ramosa əsəbiləşib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı müdafiəçinin komandanı tərk etmək istəyidir. Kazemiro da daxil olmaqla, bir çox oyunçuların Ramosa qarşı əsəbi olduqları bildirilir. Komandanın yarısının isə kapitanın seçiminə hörmətlə yanaşdığı qeyd olunur.

Xatırladaq ki, bu mövsümün sonu "Real"la müqaviləsi başa çatan Ramos klubdan ayrılmağa qərarlıdır. İspaniyalı üçün "Mançester Yunayted" 2 illik müqavilə təklifi etməyə hazırdır.