"Real"ın başı zədədən açılmayan hücumçusu Eden Hazard yenə xəsarət alıb.

Offsideplus.az xəbər verir ki, dünən baş tutun "Real Madrid" - "Alaves" qarşılaşması (1:2) belçikalı ulduz üçün heç də yaxşı keçməyib. 28-ci dəqiqədə zədələnən Hazardın əvəzinə meydana Rodriqo çıxıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında Zinədin Zidan futbolçusu barədə danışıb:

"Məncə, yüngül zədədir. Ümid edirəm ki, əzələ zədəsi deyil".

Qeyd edək ki, Hazard əzələ zədəsi səbəbindən mövsümün başlanğıcını buraxmışdı. Bir müddət öncə isə koronavirusa yoluxaraq komandasına yardımdan məhrum qalmışdı.

128192242 399557084819829 6370530650170923007 n