İngiltərə yığmasının sabiq müdafiəçisi Joleon Leskott karyerasını bərpa edib. 

Təcrübəli futbolçu “Mursiya” ilə müqavilə bağlayıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə üçüncü divizion klubunun rəsmi saytı məlumat yayıb. Leskott yeni komandasındakı debüt matçını İspaniya kuboku çərçivəsində dekabrın 16-da “Levante”yə qarşı keçirəcək.

Xatırladaq ki, Leskott İngiltərə millisində 28 oyun keçirib. Sonuncu dəfə 2017-ci ildə “Sanderlend”də forma geyinmişdi. O, karyerası ərzində “Vulverhempton”, “Everton”, “Mançester Siti”, “Vest Bromviç”, “Aston Villa” və AEK klublarında top dalınca qaçıb.