"Atletiko Madrid"in hücumçusu Dieqo Kosta sağ ayağından zədə alıb.

Offsideplus.az xəbər verir ki, zədədən qayıtmağından bir həftə keçməmiş braziliyalı futbolçu yenə xəsarət alıb. Sağ ayağından zədələnən futbolçuya dərin damar trombozu diaqnozu qoyulub.

O, bu gün baş tutacaq "Atletiko" - "Lokomotiv" görüşünü buraxacaq.