İspaniya La Liqasının X turunda "Barselona" səfərdə "Atletiko"yla qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, görüş Madrid klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. 45+3-cü dəqiqədə Yannik Karraskonun vurduğu qol "Barselona"nı məğlub etməyə kifayət edib: 1:0.

Qeyd edək ki, hazırda "Barselona" 1991-1992 mövsümündən bəri keçirdiyi ən pis nəticəsini yaşayır. 10 ildən sonra Katalon klubunu məğlub edə bilən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün isə bu qələbə bir ilkdir.

Matçın icmalını təqdim edirik:

"Atletiko Madrid" - "Barselona" 1:0 (Y.Karrasko, 45+3.)