"Barselona"nın baş məşqçisi Ronald Kuman da UEFA Millətlər Liqası oyunlarının sıx cədvəlindən təngə gəlib.

Offsideplus.az xəbər verir ki, hollandiyalı mütəxəssis "Atletiko Madrid" ilə matç qabağı mətbuat konfransında bu sözləri deyib:

"Biri yoldaşlıq oyunu olmaqla milli komandaların 3 oyun keçirməsi yaxşı bir şey deyildi. 2 il milli komandaya rəhbərlik etdim, amma heç vaxt futbolçularımı belə riskli işlərə bulaşdırmadım. Oyunçular çoxlu yol qət etməli oldular, bir çoxları matçlar gec başladığı üçün gec qayıtdı. Böyük klublara hörmət edilmir, onları düşünməlisiz".