Zinədin Zidanın komandası 32 gündə çıxdıqları 10 oyunun ardından çox sayda itki ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, "Real" sabah baş tutacaq "Vilyareal" səfərinə əsas hücumçusu olmadan yollanacaq. Belə ki, Kərim Benzema 8 noyabrda "Valensiya" ilə oyunda (4:1) qol vursa da, sonradan xəsarət almış və meydanı tərk etmişdi.

Qeyd edək ki, "Real" təkcə hücum xəttində itki ilə qarşılaşmayıb. "Kral klubu"nun müdafiə xəttindən Serxio Ramos zədəlidir, Kasemiro və Militao isə koronavirusa yoluxub.