"Real"ın ulduz futbolçusu Serxio Ramosun hansı kluba keçəcəyi məsələsi gündəmdən düşmür.

Offsideplus.az AS-a istinadən xəbər verir ki, 34 yaşlı ispaniyalının qarşısında 8 seçim var. Belə ki, La Liqadan "Sevilya", İngiltərədən "Mançester Yunayted", "Siti""Tottenhem" kimi klublar Ramosla yaxından maraqlanır. 

Bundan əlavə İtaliyadan "İnter", "Yuventus", Fransadan PSJ və Almaniyadan "Bavariya" da əsas transfer hədəfini "Real"ın ulduzuna çevirib. 

Xatırladaq ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.