İspaniya millisinin və “Real”ın kapitanı Serxio Ramosun Madrid klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək.

Offsideplus.az xəbər verir ki, müdafiəçi klub rəhbərliyi ilə yeni müqavilə barədə danışıqlar apardığı vaxt Fransanın PSJ klubundan çılğın təklif alıb. Paris klubu Ramosa ildə 20 milyon avro ödəniş olmaqla 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Ramos və “Real” müqavilənin müddətində razılıq əldə etməkdə çətinlik çəkir. Klub rəhbərliyi 1+1 il, futbolçu isə daha uzunmüddətli anlaşma imzalanmasını istəyir. Ramosun "Real"dakı illik gəliri isə 12 milyon avrodur.