La Liqanın lideri "Barselona" doğma meydanda "Valensiya"nı məğlub etməklə yeni rekorda imza atıb. 
Offsideplus.az  xəbər verir ki, 2:1 hesablı qələbədən sonra xallarının sayını 82-yə yüksəldən "Barsa" ardıcıl 39 matçda məğlub olmamaqla La Liqa tarixinin 34 illik ən uzun yenilməzlik seriyasının ünvanını ələ keçirib. 
 
Qeyd edək ki, bundan öncəki rekord 38 oyun məğlubiyyətsizlik seriyası ilə "Real Sosyedad"a məxsus idi.