"El - Klassiko"nun nəticəsi Zinədin Zidanın taleyini həll edə bilər.

Offsideplus.az l'Equipe-ə istinadən xəbər verir ki, "Real Madrid" baş məşqçisi yollarını ayırmağı düşünür. Fransalı mütəxəssisin komandada qalmasını isə keçirəcəyi son iki matçın nəticəsi müəyyənləşdirəcək.

Bu görüşlər sabah baş tutacaq "Barselona"ya qarşı və oktyabrın 27-dəki "Münhenqladbax"la olacaq matçlardır.

İspaniya mətbuatında Zidanı Maurisio Poçettino və Raul Qonzalezin əvəzləyəcəyinə dair iddialar yayılıb. 

Qeyd edək ki, "Kral klubu" keçirdiyi son iki matçda - La Liqada "Kadiz" və Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor"a uduzub.