İspaniyanın "Vilyarreal" klubu yeni transferi Xuan Foytu ictimaiyyətə təqdim edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Tottenhem"indən icarəyə götürülmüş argentinalı müdafiəçi ilə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Vilyarreal" UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindəndir. Ağdam klubunun "Vilyarreal"la ev oyunu oktyabrın 29-da, səfər matçı dekabrın 10-da baş tutacaq.