Argentina təmsilçisi "Boka Xuniors" İspaniyanın "Barselona" klubundan məhkəməyə şikayət edib.
Offsideplus.az xəbər verir ki, bu barədəArgentina klubunun prezidenti Amor Ameal "Marca"ya açıqlamasında 18 yaşlı futbolçu Santyaqo Minqonun transferi ilə məhkəməyə müraciət etdiklərini bildiribib: "Baş verənlər həddindən artıq çirkindir və çox pis təsir bağışladı. Əvvəlki rəhbərik Minqo ilə pis davrandı. Bilmirəm o zaman onun nümayəndəsi olubmu? Bu gün hüququmuzun olduğuna inandığımız üçün "Barselona"nı məhkəməyə veririk. Heç kimin səhv nəsə etməsinə icazə vermək istəmirik. Minqonun potensialı var idi, "Barselona" pis oyunçu ilə müqavilə bağlamazdı".
Qeyd edək ki, Santyaqo Minqo "Boka Xuniors"un gənclər komandasında çıxış etsə də, azad agent kimi "Barselona"ya keçib.