Futbol üzrə İspaniya La Liqasında 37-ci turunda lider “Real” doğma meydanda “Vilyarreal”ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. “Kral klubu” bu görüşdə qalib gəlməklə sona bir tur qalmış çempionluğunu elan edib. Bununla da Madrid təmsilçisi tarixində 34-cü titulu qazanıb.