Futbol üzrə İspaniya La Liqasında 36-cı tura yekun vurulub.
 Offsideplus.az xəbər verir ki, son oyunda lider “Real” səfərdə “Qranada”nın qonağı olub. Madrid təmsilçisi bu oyunda 2-1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, aktivində 73 xalı olan "Real" ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır.
 
İspaniya La Liqası
36-cı tur
13 iyul
Qranada – Real 1:2
Qollar: Maçes, 50 – Mendi, 10. Benzema, 16.