Madrid "Real"ının futbolçusu Eden Hazard La Liqanın 35-ci turunun "Alaves"lə oyununa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə qayıdıb. Ancaq 29 yaşlı oyunçu çərşənbə axşamı və çərşənbə günü məşqlərdə iştirak edə bilməyib.

Qeyd edək ki, Hazard ölkə çempionatında "Espanyol"la matçda ayağında ağrılar hiss edib. Bu səbədən o, "Xetafe" və "Atletik"lə qarşılaşmaları buraxıb.