PSJ klubunun braziliyalı hücumçusu Neymar “Barselona”ya transfer olunmaq üçün Paris klubu ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, anlaşmaya görə, Kataloniya təmsilçisi bu yay "sambaçı"nı heyətinə qatmaq istəsə, PSJ onun keçidinə mane olmayacaq. PSJ isə Neymardan mövsümün sonuna qədər komandada qalmasını və UEFA Çempionlar Liqasında öhdəliklərini yerinə yetirib, ən yaxşı şəkildə çıxış etməsini istəyib.

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.