"Barselona" klubunun baş məşqçisi Kike Setyen Lionel Messinin Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bununla bağlı fikirlərini bölüşüb:

"Bu mövzu haqda çox danışmaq istəmirəm. Messinin bu barədə bir şey söylədiyini eşitməmişəm. Bu, məni maraqlandırmır. Lionelə yaxşı münasibət göstərirəm. Qalan hər şey fərziyyədir. Onunla lazım olan şeyləri danışırıq. Messinin yaxşı məşq etdiyini görürəm".

Qeyd edək ki, argentinalı hücumçunun "Barselona" ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmayacağı ehtimal edilir.