Futbol üzrə İspaniya La Liqasında 34-cü tura start verilib.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Atletiko” öz meydanında “Malyorka”nı qəbul edib. Madrid təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.
 
İspaniya La Liqası
34-cü tur
3 iyul
Atletiko – Malyorka 3:0
Qollar: Morata, 29-pen; 45+4. Koke, 79.