"Barselona" klubu İtaliya "İnter"inin hücumçusu Lautaro Martinezi heyətinə qatmaq niyyətindədir.

Offsideplus.az "Star"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq istəyinin ardınca 22 yaşlı argentinalı futbolçuya "elçi" düşüb. "Arsenal"ın Obameyanqı satmaq fikirindən daşındığına görə, "Barselona" yay transfer pəncərəsi dövründə gənc forvardı transfer etmək niyyətində israrlıdır.

Belə ki, İspaniya təmsilçisi bu keçid üçün qarşı tərəfə 70 milyon avro təklif edir.

Qeyd edək ki, argentinalı hücumçu 2018-ci ildən Milan təmsilçisinin şərəfini qoruyur.