"Real" Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Braut Halanı transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" 19 yaşlı norveçli hücumçunu qarşıdan gələn yay transfer pəncərəsi dövründə öz heyətinə qatmağa hazırlaşır. Hücum xəttinə oyunçu axtarışlarını davam etdirən klubun əsas hədəfi məhz Halandır. Sözügedən futbolçunun transfer dəyəri hazırda 75 milyon avro təşkil edir.

Qeyd edək ki, gənc norveçli hücumçu ilə "Yuventus" klubu da yaxından maraqlanır.