Həftə sonu İspaniya La Liqasında XXVI turun oyunları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, "Valensiya" rəsmi saytı vasitəsi ilə "Betis"lə görüşdən öncə baş məşqçi Albert Seladesin mətbuat konfransını ləğv etdiyini açıqlayıb. Futbolçular isə fevralın 29-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyundan əvvəl və sonra media ilə təmas qurmayacaqlar.

Klub bu addımı Valensiya şəhərində koronavirus epidemiyası aşkarlanandan sonra bölgənin və tibb xidmətlərinin tövsiyələri əsasında atıb.

Qeyd edək ki, İspaniyada koronavirusa yoluxanların sayı 23-ə çatıb.