İspaniyanın "Barselona" klubunun qapıçısı Mark Andre Ter Ştegen "Mundo Deportivo"ya müsahibə verib.

Offsideplus.az alman qolkiperin müsahibəsini təqdim edir:

Ata olmaq həyatınızda nəyi dəyişdi?
- İlk övladımdan sonra həyat çox dəyişib. Hər valideyn kimi biz də onun üçün çox narahatıq. O, özünü yaxşı aparır və biz də hər şeydən çox razıyıq. Əvvəl uşaq bezi dəyişməklə bağlı problemlərim var idi, çünki bilmirdim. Xoşbəxtlikdən xəstəxanada bizə bunu öyrətmişdilər deyə, indi rahat dəyişə bilirəm. Hər səhər üzümdə təbəssümlə oyanıram və bu da dünyanın ən yaxşı hissidir. Yuxu məsələsinə gəldikdə isə həyat yoldaşım uşağa daha çox baxır və mənim yatıb dincəlməyim üçün imkan yaradır. Oyunlar və məşqlər olmayanda isə o, yatsın deyə, uşağa daha çox mən vaxt ayırıram.
"Napoli" ilə oyun və növbəti "El-klasiko" barədə nə düşünürsünüz?
- Əminəm ki, biz bu oyunlardan sonra meydanı başı uca tərk edəcəyik. Qarşıda hələ çox oyun var. Biz həzz almaq, 100% hazır olmaq və qələbələr qazanmaq istəyirik. Son günlər bu oyunlar üçün adaptasiya dövrü idi deyə bilərik. Rəqiblərimiz də oyunlara hazır olduqları üçün çətinliklər yaşayacayıq, amma bu, futboldur. Hər şey bizdən asılıdır. Çətin olacağını bilsək də, ən yaxşı oyunumuzu sərgiləməyə və qələbə qazanmağa çalışacayıq.
Son oyunlarda topla daha çox oynamağınız diqqət çəkir...
- Bu, yeni oyun tərzinə öyrəşmək üçün atılan addımlardır. Bəzi şeylər var ki, biz ancaq oyunlarda sınaya bilər və nəticələrini görə bilərik. Biz nəyi yaxşı bacardığımızı bilirik və nəticələrimiz də pis deyil. Hamımız çalışırıq ki, oyunu məşqçinin istədiyi kimi qazanaq. Digər komanda yoldaşlarım kimi mən də baş məşqçinin bizdən istədiklərini etmək üçün çalışırıq. Oyunlara 100% hazır olmaq və daha sonra sərgilədəyimiz oyundan həzz almaq istəyirik.
Çempionlar Liqasında qalib gələ biləcəksiniz?
- Bu titul hər il diqqət mərkəzindədir. Çətindir, çünki hamı daha uzağa getmək və məqsədlərinə çatmaq istəyir. Bizi qarşıda çətin oyun gözləyir, amma biz nə edəcəyimizi bilirik. İlk oyunda yaxşı nəticə qazanıb, "Kamp Nou"da son nöqtəni qoymalıyıq. Gəlin, addım-addım irəliləyək ki, bu, bizə kömək etsin.
"Barselona" ilə yeni müqavilə barədə danışıqlar aparırsınız?
- Müqaviləmin bitməsinə hələ iki il var. Həm ailəm, həm də mən burada çox şadıq, evimizdəyik. İstəyimiz burada qalmaqdır, fəlsəfə və mənim fikirlərim üst-üstə düşür. Hazırda danışıqlar aparırıq, amma sərbəst şəkildə, çünki mən tələsmirəm. Bütün fikrimi işimə yönəltmişəm, qarşıda bizi çətin oyunlar gözləyir, buna görə fikrim başqa yerdə olmamalıdır. Danışıqlarla bağlı bütün məsuliyyət hər bir şey haqda mənə məlumat verən agentimin üzərindədir”