"Barselona" yayda "İnter"in hücumçusu Lautaro Martinesi heyətinə qatmaq niyyətindədir. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunu almaq istəsə də, onun üçün nəzərdə tutulan 115 milyon avronu ödəmək istəmir.

Klub bu mövsüm "Bavariya"da oynayan orta sahə oyunçusu Filipp Koutinyo ilə Martinesi dəyişməyi düşünür. 22 yaşlı argentinalı futbolçu isə kataloniyalılara keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Martines bu mövsüm A seriyasında 21 matçda 11 qol vurub və 4 assist edib.