"Real"ın hücumçusu Eden Hazard zədəsini sağaldıb.

Offsideplus.az-ın məlumatına görə, kollektivlə birlikdə məşqlərə qoşulan belçikalı futbolçu yaşıl meydanlara dönüşünü qeyd etməyə hazırlaşır. 29 yaşlı oyunçunun İspaniya La Liqasının 24-cü turu çərçivəsində fevralın 16-da "Selta"ya qarşı keçiriləcək ev matçında iştirakı gözlənilir.

Qeyd edək ki, Eden Hazard noyabrın 26-da Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə keçirilən (2:2) görüşdə zədələnmişdi.