“Real” bu yay transfer pəncərəsi zamanı hücumçusu Kərim Benzema ilə yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, Madrid klubu fransalı futbolçusunu 50 milyon avroya satmaq niyyətindədir. Bundan başqa Benzema Neymarın “Real”ın transferi baş tutacağı halda PSJ-yə də göndərilə bilər.

Qeyd edək ki, 30 yaşlı Benzema bu mövsüm La Liqada keçirdiyi 22 oyunda 4 qol vurub.