İspaniya futbolunda oyun alverində günahlandırılan şəxslərin məhkəməsi davam edir. 
Offsideplus.az xəbər verir ki, "Osasuna” klubunun sabiq əməkdaşı Anhel Viskayın məhkəməyə verdiyi izahat mətbuata sızıb.
2012/2013 və 2013/2014 mövsümündə elitada qalmaq üçün mübarizə aparan "Osasuna” "Xetafe” və "Betis”ə pul ödəyərək qələbəni təmin edib. Klub "Espanyol”la qarşılaşmada heç-heçəni də bu yolla əldə edib. Viskayın sözlərinə görə, "Xetafe”yə 400 min, "Betis”ə isə 250 min avro ödənilib. Klub "Espanyol”a da 250 min avro ödəyib. 
"Betis”in 3 futbolçusuna – Xordi Fiqeras, Xavi Torres və Antoni Amayya danışılmış oyunla bağlı pulu şəxsən alıblar.